Böyük Britaniya Rusiya-İran münasibətlərindən narahatdır
Dünya
27.03.2026 13:51
Böyük Britaniya və onun G7 müttəfiqləri Rusiya ilə İran arasındakı əlaqələrdən dərin narahatlıq ifadə edirlər.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper bildirib.
O, Fransada keçiriləcək G7 görüşündən əvvəl bildirib: "Biz uzun müddətdir birlikdə işləmə təcrübəsinə malik Rusiya və İran arasındakı əlaqələrdən dərin narahatlıq duyuruq".
Avropa İttifaqının diplomatiya rəhbəri Kaja Kallas dünən bildirib ki, Rusiya İrana dronlarla yardım göstərir. O, Rusiyaya İrana hərbi yardım göstərdiyinə görə təzyiqin artırılmasına çağırıb.
"Financial Times" qəzeti isə Qərb kəşfiyyatına istinad edərək yazıb ki, Rusiya martın əvvəlindən İrana dronlar tədarük etməyə başlayıb. Mənbələr Rusiyanın İranın Şahid əsasında istehsal etdiyi "Geran-2" dronlarını tədarük etdiyini ehtimal edirlər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu məlumatları "yalan təbliğat" adlandırıb.
Jalə Rövşən
tag: Rusiya ,Böyük Britaniya ,İran ,Yardım ,Todaypress.tv,
