BMT yeni baş katib axtarışında

BMT yeni baş katib axtarışında
26.11.2025 11:10 Dünya

BMT rəsmi olaraq dünya qurumunun növbəti baş katibi vəzifəsini yerinə yetirmək üçün yeni namizədlər axtarışını elan edib. 

TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Baş Assambleyasının Prezidenti Annalena Berbok məlumat verib.

“Bizim qərarımız göstərəcək ki, BMT olaraq kimik və həqiqətən bütün dünyanın insanlarına necə xidmət edirik”, - deyə o bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının (TŞ) prezidentləri 2026-cı ildə ikinci beşillik səlahiyyət müddəti başa çatdıqdan sonra hazırkı baş katib Antonio Quterreşin yerinə namizədlərin irəli sürülməsi təklifi ilə üzv dövlətlərə məktub ünvanlayıblar.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər