BMT sədri Qrenlandiyanı səhvən Avropaya daxil etdi

Dünya

25.02.2026 17:16

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sədri Annalena Berbok səhvən Qrenlandiyanı Avropa Birliyinin bir hissəsi kimi təqdim edib.

TodayPress TV xəbər verir ki, o, Almaniyanın dövlət televiziya qurumu olan "ARD" kanalına müsahibəsi zamanı bu ifadəni işlədib.

Berbok bildirib ki, əgər amerikalılara Qrenlandiyanın Avropa ilə ərazi bağlılığı barədə vaxtında məlumat verilməsə, Amerika Birləşmiş Ştatlarında bir çox insan bundan xəbərsiz qala bilər.

Baş Məclis sədrinin sözlərinə görə, Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində aparıcı qlobal şirkət rəhbərləri ondan adanın Avropa üçün niyə bu qədər önəmli olduğunu soruşublar.

Berbok deyib: “Onlar bunu bilməlidirlər, çünki Avropa bazarında fəaliyyət göstərirlər”.

Müzakirə zamanı aparıcı siyasətçinin fikrini düzəldərək Qrenlandiyanın Avropa Birliyinin ərazisi olmadığını xatırladıb. Buna cavab olaraq Berbok qeyd edib ki, ada Birliyin tərkibində olmasa da, sakinləri Birlik vətəndaşlığına malikdir və bu baxımdan Qrenlandiya Birliyin xarici sərhədlərindən biri hesab oluna bilər. O, Avropa hərbi qüvvələrinin orada yerləşməsini də bununla əsaslandırıb.

Jalə Rövşən 

TodayPress TV

tag: Annalena Berbok,Qrenlandiya,Birləşmiş Millətlər Təşkilatı,Avropa Birliyi ,Todaypress.tv,