BMT: İrandakı münaqişə aclıq səviyyəsini artıracaq

Dünya

27.03.2026 15:42

İrandakı müharibə və ümumilikdə Yaxın Şərqdəki münaqişə nəticəsində təchizat zəncirlərində yaranan fasilələr və nəqliyyat marşrutlarının dəyişməsi dünyada aclıq çəkən insanların sayını 45 milyon artıra bilər.

TodayPress TV  "TASS"a istinadən xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) təchizat zənciri direktoru Korin Fleyşer bildirib.

O qeyd edib ki, Hörmüz boğazından tranzit zamanı risklərin artması və sığorta xərclərinin yüksəlməsi səbəbindən təşkilat marşrutlarını dəyişmək məcburiyyətində qalıb. “Mövcud vəziyyət təkcə region ölkələrinə deyil, qlobal miqyasda təsir göstərir”, – deyə o bildirib.

Fleyşer 16 milyon insanın yardıma ehtiyac duyduğu Əfqanıstana humanitar yardımın çatdırılmasını nümunə kimi göstərib. Onun sözlərinə görə, Pakistan üzərindən keçən marşrut mümkün deyil, Süveyş kanalı isə təhlükəli hesab olunur. Nəticədə yüklər daha uzun marşrutla – Afrika ətrafından keçərək Türkiyə, Türkmənistan və Azərbaycan vasitəsilə çatdırılır.

O vurğulayıb ki, təchizat zəncirlərinə birbaşa təsirlə yanaşı, uzunmüddətli perspektivdə dünyada əlavə 45 milyon insan kəskin aclıq riski ilə üzləşə bilər.

Jalə Rövşən 

TodayPress TV

tag: İran,BMT,Aclıq,Müharibə,Todaypress.tv,