BMT dənizçilərin təxliyəsi planını DAYANDIRDI - Səbəb nədir?

BMT dənizçilərin təxliyəsi planını DAYANDIRDI - Səbəb nədir?
25.06.2026 22:40 Dünya

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) Oman sahilləri yaxınlığında bir yük gəmisinin hücuma məruz qalmasından sonra dənizçilərin Hörmüz boğazından təxliyəsi planının icrasını dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Arsenio Dominqesin bəyanatında deyilir.

"Bir neçə gəminin artıq uğurla təxliyə edildiyi IMO təxliyə planının işə salınmasından sonra, təxliyə siyahımızdakı gəmilər və regionda olan hər kəs üçün zəruri təhlükəsizlik təminatlarına əməl olunacağına dair yenidən təsdiq almaq məqsədilə planın icrasını müvəqqəti olaraq dayandırmaq qərarına gəldim", - deyə Dominqes qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər