BMT Baş Assambleyası Ukraynada sülhü dəstəklədi
BMT Baş Assambleyası "Ukraynada davamlı sülhün dəstəklənməsi" ilə bağlı qətnamə qəbul edib.
TodayPress TV xəbər verir ki, 107 ölkə qətnamənin lehinə, 12 ölkə əleyhinə, 51 ölkə isə bitərəf səs verib.
Əleyhinə səs verənlər arasında Rusiya, Belarus, bitərəf səs verənlər arasında İran, ABŞ, Çin, Braziliya və Hindistan olub.
Qeyd edək ki, Azərbaycan səsvermədə iştirak etməyib.
Aysel Mətləb