Bloomberg: Tramp Ukrayna sülh planından son anda xəbər tutdu
Dünya
24.11.2025 18:30
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı hazırlanmış sülh planından yalnız son anda məlumatlandırılıb.
TodayPress TV xəbərə verir ki, bu haqda "Bloomberq" yazıb.
Məlumata görə, sənəd üzərində əsas işi Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff və onun rusiyalı həmkarı Kirill Dmitriyev aparıb. ABŞ dövlət katibi Marko Rubio prosesə xeyli sonra qoşulub və Trampa məlumat veriləndə o, planı təsdiqləməyib.
Axios-un əvvəlki məlumatına əsasən, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ administrasiyasının təqdim etdiyi sülh planını ciddi təzyiqlər altında qəbul edib. Bildirilir ki, bu təzyiq saatlarla davam edib.
Noyabrın 23-də Cenevrədə Zelenski ilə Tramp arasında mümkün görüşdən əvvəl sülh planını yekunlaşdırmaq üçün danışıqlar aparılıb. Danışıqlarda Marko Rubio və Stiven Vitkoff iştirak ediblər. Əsas müzakirə mövzusu Ukrayna münaqişəsinin həlli üçün hazırlanan sülh planı olub.
Ağ Ev isə bəyan edib ki, Ukrayna nümayəndə heyəti təqdim olunan sülh sazişi layihəsinin ölkənin milli maraqlarına uyğun olduğunu təsdiqləyib.
Xatırladaq ki, bundan əvvəl bir qrup avropalı siyasətçi Ukrayna planı ilə bağlı Trampa məktub ünvanlamışdı.
Jalə Rövşən
tag: Donald Tramp ,Ukrayna ,Sülh planı ,Rusiya,Todaypress.tv,
