Bill Klinton Epşteyn işi ilə əlaqəsini təkzib etdi
ABŞ-nin keçmiş Prezidenti Bill Klinton Konqres komitəsi qarşısında Epşteynin törətdiyi cinayətlər barədə heç nə bilmədiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
"Mənim Epşteynin törətdiyi cinayətlərdən xəbərim yox idi. Hətta geriyə baxanda da, məni şübhələndirə biləcək heç nə görmürəm",- ", - Bill Klinton əlavə edib.
O qeyd edib ki, Epşteynlə ünsiyyətini onun cinayətləri üzə çıxmazdan əvvəl dayandırıb.
Ötən gün Hillari Klinton Konqresə ifadə verib. O bildirib ki, Epşteynin cinayətləri barədə məlumatı yox idi və heç vaxt onun məkanlarında olmayıb.
Aynur TAC