Berlində "Z nəsli" ayağa qalxdı – “Bundesverə bir sent də yox!”
Berlinin mərkəzində yüzlərlə gənc ümumi hərbi mükəlləfiyyətin bərpasına və militarizasiyaya etiraz olaraq aksiya keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Aksiyanın təşəbbüskarı “Gen Z regelt” (“Z nəsli qərar verir”) gənclər təşkilatı və “Hərbi mükəlləfiyyətə qarşı məktəb tətili” alyansı olub. Bildirilir ki, Karl-Marks-Alle və Aleksanderştasse küçələrinin kəsişməsində toplaşanların əksəriyyətini məktəblilər təşkil edib.
Aksiya iştirakçıları məktəblərə dövlət maliyyəsinin artırılmasını, psixoterapevtik yardımın əlçatanlığını, iqlimin qorunması tədbirlərinin gücləndirilməsini, yaşayış xərclərinin azaldılmasını və Almaniya kansleri Fridrix Mertsin istefasını tələb ediblər.
Etirazçılar “Hərbi mükəlləfiyyətə yox”, “Bundesverə nə insan, nə də bir sent” və “Merts istefa verməlidir! Büdcə ixtisarlarına, irqçiliyə və silahlanmaya qarşı” şüarları yazılmış plakatlar qaldırıblar.
Aysel Mətləb