Belarusda uşaq düşərgəsində yanğın baş verdi: Xəsarət alanlar var
Belarusun Minsk vilayətində uşaq sağlamlıq düşərgəsində baş verən yanğında 3 nəfər xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyinin "Telegram" kanalında məlumat verilib .
"Düşərgənin əməkdaşları təxliyəni həyata keçirib. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 5 texnikası işləyir", - məlumatda deyilir.
Mətbuat xidmətinin məlumatına görə, yanğının söndürülməsi zamanı şəxsi heyətdən 3 nəfər xəsarət alıb. Onlar tüstüdən zəhərləndikləri üçün xəstəxanaya yerləşdiriliblər. Binadan 120-si uşaq olmaqla 132 nəfər təxliyə edilib.
Yanğının səbəbləri məlum deyil.