Belarus sərhədindəki insidentdən sonra general istefa verdi

Belarus sərhədindəki insidentdən sonra general istefa verdi
18.08.2026 05:50 Dünya

Litvanın Dövlət Sərhəd Mühafizə Xidmətinə rəhbərlik edən general Rustamas Lyubayevas Belarusla sərhəddə baş verən insident fonunda istefa verib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Martinas Katelinas bildirib.

“Bu gün general Lyubayevas vəzifəsindən getmək qərarı barədə şəxsən mənə məlumat verdi. O, yaranmış vəziyyəti qiymətləndirdi və xidmətin nüfuzuna xələl gətirməmək üçün bu addımı seçdi. Mən onun seçiminə hörmətlə yanaşıram və hesab edirəm ki, bu şəraitdə bu, məsuliyyətli qərardır”, - deyə nazir qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər