Belarus-Polşa sərhədində dörd yeraltı tunel aşkarlandı

Belarus-Polşa sərhədində dörd yeraltı tunel aşkarlandı
26.02.2026 16:56 Dünya

2025-ci ildə Belarus-Polşa sərhədində əcnəbilərin Avropaya köçürülməsi üçün istifadə olunan dörd yeraltı tunel aşkar edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Polşa sərhəd xidməti məlumat yayıb.

Məlumata görə, ən böyük tunellərdən biri dekabrın ortalarında Polşanın şərqində, Narevka kəndi yaxınlığında tapılıb. Tunelin uzunluğu 60 metr, hündürlüyü isə təxminən 1,5 metrdir.

Bildirilir ki, əsasən Əfqanıstan və Pakistandan olan 180 nəfər bu tuneldən istifadə edib. Onlardan 130-u sərhədi keçdikdən dərhal sonra saxlanılıb.

Polşa hakimiyyət orqanları iddia edir ki, tunellərin layihələndirilməsində Yaxın Şərqdən olan “yüksək ixtisaslı” şəxslər iştirak edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər