BƏƏ Rusiya-ABŞ görüşünü şərhsiz qoydu

Dünya

25.11.2025 17:46

BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bəyan edib ki, Birləşmiş Ərəb Əmirlikləri Əbu-Dabidə keçiriləcək Rusiya-Amerika danışıqları ilə bağlı yayılan məlumatları şərh etməyəcək.

TodayPress TV xəbər verib ki, bu barədə "TASS" məlumat yayıb.

Qarqaş bildirib ki, BƏƏ Ukrayna münaqişəsinin həllini asanlaşdırmaq üçün mümkün bütün vasitələrlə yardım göstərməyə hazırdır. O vurğulayıb ki, Əmirliklər daha əvvəl həyata keçirilən təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Bundan əvvəl "The New York Times" yazıb ki, ABŞ dövlət katibi Marko Rubio və prezidentin xüsusi elçisi Stiv Uitkoff Ukrayna üzrə sülh planının müzakirə olunacağı Rusiya-Amerika görüşündə iştirak etməyəcəklər.

Noyabrın 25-də Əbu-Dabidə ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planını yekunlaşdırmaq məqsədilə Rusiya və ABŞ nümayəndələri arasında məsləhətləşmələr keçiriləcək. KİV-ə görə, ilkin olaraq 28 maddədən ibarət olan plan ABŞ və Ukrayna nümayəndələrinin görüşü nəticəsində 19 maddəyə qədər azaldılıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: BƏƏ,Rusiya,Amerika,Ukrayna,Todaypress.tv,