Balidə leysan yağışları ilə bağlı qırmızı xəbərdarlıq edildi

Balidə leysan yağışları ilə bağlı qırmızı xəbərdarlıq edildi
24.02.2026 20:30 Dünya

Bali hakimiyyəti güclü tropik leysan yağışları səbəbindən hava təhlükəsi xəbərdarlığını qırmızı səviyyəyə qaldırıb. Güclü yağışlar adada genişmiqyaslı daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

TodayPress TV bildirir ki, bu barədə "Jakarta Globe" qəzetinə istinadən məlumat verib.

Sinoptiklərin proqnozlarına görə, adada güclü yağıntılar ən azı 26 fevrala qədər davam edəcək. Mütəxəssislər həmçinin küləyin sürətinin 12.5 m/s-ə çatacağı və bu səbəbdən sahil sularında dalğaların hündürlüyünün dörd metri keçəcəyi barədə də xəbərdarlıq edirlər.

Kurortlarda dincələn turistlərə xüsusi xəbərdarlıq edilir. Səyahət edənlərə son dərəcə ehtiyatlı olmaq və yerli meteoroloji xidmətlərin ən son məlumatlarını yaxından izləmək tövsiyə olunur.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər