Azərbaycan səfiri Lavrovun müavini ilə görüşdü

Azərbaycan səfiri Lavrovun müavini ilə görüşdü
12.02.2026 20:00 Dünya

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

TodayPress TV xəbər verir ki, görüş barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı ikitərəfli gündəlikdə olan bir sıra aktual məsələlər müzakirə olunub.

Tərəflər 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannaməyə uyğun olaraq münasibətlərin daha da inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Qarşıdakı siyasi təmasların qrafikləri nəzərdən keçirilib və bir sıra regional və beynəlxalq mövzular müzakirə edilib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər