Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Dünya
24.02.2026 15:16
Avstraliya Rusiya ilə əlaqəli 180 fiziki və hüquqi şəxsə, həmçinin "kölgə donanması"nın gəmilərinə qarşı əlavə sanksiyalar tətbiq edib.
TodayPress TV xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albanese "X" sosial şəbəkəsində bildirib.
Baş nazir qeyd edib ki, Moskvanın Kiyevə qarşı siyasəti beynəlxalq hüququ pozur. O, Rusiyanın addımlarını “qanunsuz və qəbuledilməz” adlandıraraq vurğulayıb ki, yeni sanksiyalar Kremlin rəhbərliyinə təzyiqi artırmaq məqsədi daşıyır. Albanesenin sözlərinə görə, Avstraliyanın Rusiyaya qarşı tətbiq etdiyi ümumi sanksiyaların sayı artıq 1800-ü keçib.
Qeyd edək ki, Böyük Britaniya da Rusiya əleyhinə yeni sanksiyalar siyahısını genişləndirib.
Rəsmi London siyahıya 240 şirkəti, yeddi fiziki şəxsi və 50 gəmini daxil edib. Sanksiya tətbiq olunan qurumlar arasında “Rosatom Enerji Layihələri” ASC və onun baş direktoru Andrey Rojdestvin də var.
Bundan əlavə, 23 fevral 2026-cı ildə Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il – 24 fevral 2027-ci ilədək uzadıb.
Xatırladaq ki, Aİ 20-ci sanksiya paketinin hazırlanması istiqamətində iş apardığını bildirmişdi.
Jalə Rövşən
tag: Rusiya ,Avstraliya ,Sanksiya ,Avropa ,Todaypress.tv,
