Avropada qızılca halları rekord həddə çatdı

Avropada qızılca halları rekord həddə çatdı
15.07.2025 17:12 Dünya

Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma halları son 25 ilin ən yüksək səviyyəsinə çatıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Səbəb kimi peyvəndlənmə səviyyəsinin aşağı düşməsi göstərilir. ÜST-ün hesabatında vurğulanır ki, 2023–2024-cü illər arasında qızılca hallarının sayı iki dəfədən çox artıb.

Mütəxəssislər əhalinin peyvəndə çıxışının yaxşılaşdırılmasının və maarifləndirmə işlərinin vacibliyini qeyd edirlər. ÜST xəbərdarlıq edir ki, qızılca çox yoluxucudur və ölümcül nəticələrə səbəb ola bilər, lakin qarşısı tam peyvəndlərlə effektiv şəkildə alına bilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər