Avropa müdafiəyə milyardlarla dollar ayırır

Avropa müdafiəyə milyardlarla dollar ayırır
26.02.2026 22:20 Dünya

Avropa 2030-cu ilədək müdafiə ehtiyacları üçün 800 milyard avroya qədər vəsait səfərbər edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Brüsseldə keçirilən yüksək səviyyəli konfransda çıxışı zamanı bildirib.  

Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) birgə satınalma proqramı “SAFE” çərçivəsində ayrılan 150 milyard avronun təxminən üçdə ikisi şərq sərhədində yerləşən səkkiz ölkəyə yönəldiləcək. O vurğulayıb ki, şərq sərhədlərinin təhlükəsizliyi bütün Avropa üçün həyati əhəmiyyət daşıyır. 

Bundan əlavə, sərhəd bölgələrində hərbi mobilliyə milyardlarla avro sərmayə yatırılacağı, qoşun və texnikanın daha sürətli yerləşdirilməsi üçün imkanların genişləndiriləcəyi qeyd olunub. Sərhədlərin mühafizəsi üçün ayrılan maliyyənin isə üç dəfə artırılacağı açıqlanıb. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər