Avropa müdafiə sistemini gücləndirir

Avropa müdafiə sistemini gücləndirir
12.08.2025 12:10 Dünya

Avropa ölkələri, Ukraynada münaqişənin başlamasından bəri müdafiə sahəsindəki istehsallarını 3 dəfə artıraraq rekord həddə çatdırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. 

Bildirilib ki, Avropada hərbi istehsal müəssisələrinin ümumi sahəsi 2020-2021-ci illərdə 790 min kvadratmetr olduğu halda, 2024-2025-ci illərdə 2,8 milyon kvadratmetrə çatıb. 

Ən böyük artım Almaniyanın “Rheinmetall” şirkətində və döyüş sursatı, partlayıcı maddələr istehsalındaa ixtisaslaşan Macarıstanın “N7 Holdinq” şirkətində qeydə alınıb. 

Nəşr əlavə edib ki, istehsal sahələrinin sürətlə genişlənməsi Avropa ölkələrinin mümkün hərbi münaqişələrə hazır olduğunun göstəricisidir.  

Aysel Mətləb

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər