Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah etdi

Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah etdi
26.06.2026 03:00 Dünya

“VKontakte” (VK) şirkətinə məxsus tətbiqlərin App Store-dan silinməsi sanksiyalara əməl olunması qaydaları ilə əlaqədardır.

TodayPress TV xəbər verir ki, bu barədə BBC “Apple” şirkətinin açıqlamasına istinadən məlumat yayıb.

Bununla belə, Apple söhbətin konkret olaraq hansı sanksiyalardan getdiyini açıqlamayıb.

Bundan əvvəl VK-nın mətbuat xidməti “VKontakte”, “Dzen”, VK Video, VK Messenger və “Odnoklassniki” tətbiqlərinin heç bir xəbərdarlıq edilmədən birtərəfli qaydada App Store-dan silindiyini bildirib. Şirkət vurğulayıb ki, VK özü heç vaxt sanksiyalar siyahısına daxil edilməyib.

Xatırladaq ki, iyunun əvvəlində Rusiyanın dövlət messenceri hesab olunan “Max” tətbiqi də App Store-dan silinib. Həmin vaxt Apple bu qərarı da sanksiyalara əməl olunması tələbləri ilə əsaslandırıb, lakin hansı sanksiyaların nəzərdə tutulduğunu dəqiqləşdirməyib.

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər