Ankarada zəncirvari qəza oldu, 20 nəfər xəsarət aldı

Ankarada zəncirvari qəza oldu, 20 nəfər xəsarət aldı
16.07.2025 11:14 Dünya

Ankarada Gülhanə Tədris və Araşdırma Xəstəxanasının yaxınlığında hərəkətdə olan EGO avtobusu naməlum səbəbdən qarşısında gedən yüngül ticari avtomobilə çırpılıb.

TodayPress TV "TRT Haber"ə istinadən xəbər verir ki, zərbənin təsiri ilə idarəetməni itirən yüngül ticari avtomobil qarşısındakı iki minik maşınına dəyərək dayana bilib.

EGO avtobusu isə yoldan çıxaraq üst keçidin beton arakəsməsinə çırpılıb.

İlkin məlumatlara görə, qəza nəticəsində 20 nəfər xəsarət alıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılaraq müalicəyə cəlb olunublar.

Qəza ilə bağlı araşdırma aparılır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər