Angela Merkelin Almaniya prezidenti olacağı iddiası təkzib edildi

Dünya

12.02.2026 22:10

Almaniyanın sabiq kansleri Angela Merkelin ölkə prezidenti postuna namizəd olacağı barədə yayılan xəbərlər təkzib edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Merkelin mətbuat katibi “Tagesspiegel” nəşrinə açıqlamasında bildirib. 

O, yayılan məlumatları “absurd” adlandırıb.

Qeyd edək ki, daha əvvəl Almaniyanın “Bil nəşri anonim mənbəyə istinadən yazmışdı ki, “Yaşıllar” partiyası 71 yaşlı Merkeli 2027-ci ildə keçiriləcək federal Prezident seçkilərində namizəd kimi nəzərdən keçirir. Məlumata görə, bu şayiələr Xristian Demokrat İttifaqında, xüsusilə partiya sədri Fridrix Mertsdə narahatlıq yaradıb.

Qeyd edək ki, indiyədək Almaniyada heç bir sabiq kansler federal Prezident olmayıb. Hazırda bu vəzifəni ikinci və sonuncu müddət üçün Almaniya Prezidenti Frank-Valter Ştaynmayer tutur. Onun varisinin seçilməsi 2027-ci ilin əvvəlində, ən gec fevralda gözlənilir.

Aysel Mətləb

TodayPress TV

tag: Angela Merkel,Prezident,Almaniya,Kansler,Todaypress.tv,