Amurda baş verən yanğında ölənlərin sayı artdı

Amurda baş verən yanğında ölənlərin sayı artdı
26.08.2026 09:42 Dünya

Rusiyada Amur qaz-kimya kompleksinin tikinti meydançasında baş verən yanğında ölənlərin sayı 7 nəfərə çatıb, ümumilikdə 152 nəfər tibbi yardım üçün müraciət edib.

TodayPress TV Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, yanğından sonra 9 Çin vətəndaşının taleyi məlum deyil.

"Podratçı təşkilatın əməkdaşları olan daha 9 Çin vətəndaşının taleyi naməlum olaraq qalır. Axtarış-xilasetmə işləri davam edir", - şirkətdən bildirilib.

Yanğından sonra 36 nəfər xəstəxanaya yerləşdirilib.

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər