Amerikalıların yarıdan çoxu Trampı istəmir
Dünya
24.02.2026 18:06
Respondentlərin 55%-i Trampın ikinci prezidentlik müddətində ABŞ-ni yanlış istiqamətə apardığını düşünür. Müqayisə üçün qeyd edək ki, onun birinci müddətində bu fikirdə olanların payı 42% idi.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, yanvarın 27–30-u tarixlərində keçirilən sorğuda təxminən 1500 yetkin ABŞ vətəndaşı iştirak edib.
Nəticələrin açıqlanması fevralın 24-də Konqresdə keçiriləcək 119-cu çağırış çərçivəsində prezidentin “Birliyin vəziyyəti” adlı müraciəti ilə eyni günə təsadüf edib.
Sorğuya görə, amerikalıların 57%-i ölkənin ya çox zəif, ya da kifayət qədər güclü olmadığını hesab edir. 2025-ci ilin martında bu göstərici 53% olub. Hər on nəfərdən altısı ABŞ-ın bir il əvvəlkindən daha pis vəziyyətdə olduğunu bildirib.
Qeyd olunub ki, respondentlərin 68%-i ölkədə hakimiyyət bölgüsü və qarşılıqlı nəzarət (checks and balances) sisteminin effektiv işləmədiyi fikri ilə razılaşdığını və ya tam razılaşdığını deyib. Eyni zamanda, 78% ABŞ-də demokratiyanın ciddi təhlükə ilə üzləşdiyini düşünür.
Bundan əlavə, iştirakçıların 53%-i Trampın siyasətinin onlara şəxsi olaraq mənfi təsir göstərdiyini bildirib. Yalnız 30% respondent prezidentin siyasətinin onlar üçün müsbət nəticələr doğurduğunu qeyd edib.
Jalə Rövşən
tag: Respondent,Sorğu ,ABŞ ,Donald Tramp ,Todaypress.tv,
