“American Airlines” təyyarəsində güllə izləri aşkarlandı

“American Airlines” təyyarəsində güllə izləri aşkarlandı
25.02.2026 19:30 Dünya

Medellin–Mayami marşrutu ilə uçan "American Airlines" təyyarəsinin gövdəsində güllə deşikləri aşkar edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırma nəticələri təyyarənin fevralın 22-si Medellin şəhərinə eniş edərkən atəşə məruz qaldığını göstərir və hadisə zamanı xəsarət alan olmayıb.

“American Airlines” şirkəti bəyan edib ki, təyyarə Miami şəhərinə qayıtdıqdan sonra rutin texniki baxış zamanı gövdədə deşik aşkarlanıb. Şirkət təyyarənin dərhal istismardan çıxarıldığını, əlavə yoxlama və təmir üçün tədbir görüldüyünü bildirib. 

“Hadisənin araşdırılması üçün bütün müvafiq qurumlarla sıx əməkdaşlıq edəcəyik”, – deyə aviaşirkətin açıqlamasında qeyd olunub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər