Alovla mübarizə aparanlar canından oldu... Kanadada dəhşətli təyyarə qəzası

Alovla mübarizə aparanlar canından oldu... Kanadada dəhşətli təyyarə qəzası
26.06.2026 12:35 Dünya
Kanadanın Şimal-Qərb Ərazilərində yanğınsöndürənləri daşıyan təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Məlumata görə, meşə yanğınlarının söndürülməsi əməliyyatlarında istifadə olunan Turbo Commander 960 Bird Dog 104 təyyarəsi Fort Simpson yaşayış məntəqəsindən təxminən 50 kilometr aralıda qəzaya uğrayıb.

Bildirilib ki, həlak olan şəxslər bölgədə davam edən meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş yanğınsöndürənlər olub.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Qiymət Mahir
XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər