Almaniyanın kansleri G8-də Rusiyanın bərpasına “yox” dedi

Almaniyanın kansleri G8-də Rusiyanın bərpasına “yox” dedi
23.11.2025 18:32 Dünya

Almaniyanın federal kansleri Fridrix Merts Rusiyanın yenidən G8 formatına qaytarılması təşəbbüsünü dəstəkləmədiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, G20 sammitindən sonra keçirilən mətbuat konfransında Merts bu addımın yalnız ABŞ-nin iradəsi ilə deyil, bütün G7 üzvlərinin razılığı ilə mümkün ola biləcəyini bildirib.

Kanslerin sözlərinə görə, ABŞ istisna olmaqla, G7 ölkələrinin heç biri hazırda Rusiyanın həmin formata qayıdışına hazır deyil və ümumi mövqe formalaşmayıb. Bu isə Vaşinqtonun Moskva ilə bağlı yumşalma siqnallarının Qərb daxilində tam dəstək tapmadığını göstərir.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər