Almaniyada yüzlərlə uçuş ləğv edildi
Dünya
12.02.2026 23:55
Almaniya "Lufthansa" aviaşirkəti pilotlar və stüardessa heyətinin 24 saatlıq tətili səbəbindən 800 uçuşu ləğv edib.
TodayPress TV xəbər verir ki, tətil Alman Pilotlar İttifaqı “Vereinigung Cockpit” (VC) və Müstəqil Stüardessa Təşkilatı (UFO) tərəfindən təşkil olunub.
Tətildən Almaniyanın əsas tranzit mərkəzləri Frankfurt və Münhen hava limanları ciddi şəkildə təsirlənib. Frankfurtda planlaşdırılan 1117 uçuşdan 450-si, Münhendə isə 920 uçuşdan 275-i ləğv olunub. Bu, sərnişinlər arasında uzun növbələrə və bir çox beynəlxalq uçuşların gecikməsinə səbəb olub.
VC lideri Andreas Pinheiro pilotların təqaüd müavinətlərinin yaxşılaşdırılmasında qərarlı olduqlarını bildirib:
“Əgər rəhbərlikdən yeni bir təklif gəlməsə, gərginlik artacaq. Hüquqlarımızı müdafiə etməsək, bu proses kollektiv danışıqlardan çıxacaq və kollektiv dilənçiliyə çevriləcək”.
UFO-nun nümayəndəsi Harri Ceycer isə rəhbərliklə danışıqların tamamilə dayandığını və artıq ortaq zəminin mövcud olmadığını vurğulayıb.
Qeyd edək ki, tətil gecə yarısından başlayaraq 24 saat davam edəcək.
Aysel Mətləb
tag: Almaniya,Uçuş,Tətillər,Lufthansa,Todaypress.tv,
