Almaniyada yanacağın bahalaşmasına məhdudiyyət qoyula bilər

Dünya

16.03.2026 04:58

Almaniyada avtomobil yanacağının qiymət artımını məhdudlaşdırmaq üçün yeni qanun layihəsi hazırlanıb.

TodayPress TV xəbər verir ki, "Bild" qəzetinin yaydığı məlumata görə, layihəyə əsasən yanacaqdoldurma məntəqələri benzinin və dizelin qiymətini gündə yalnız bir dəfə — saat 12:00-da artıra biləcək.

Qaydanı pozan operatorları 100 min avroya qədər cərimə gözləyir. Bununla yanaşı, şirkətlər gün ərzində qiymətləri istənilən sayda aşağı sala biləcəklər.

Hökumət, həmçinin antiinhisar qanunvericiliyini sərtləşdirməyi planlaşdırır. Yeni qaydalara görə, neft şirkətləri qiymət artımının obyektiv səbəblərini əsaslandırmalı olacaq.

Almaniya hökuməti bu tədbirlər paketini sürətlə Bundestaqa təqdim edib qəbul etməyi planlaşdırır. Lakin bəzi ekspertlər mexanizmin effektivliyinə şübhə ilə yanaşırlar. Onların fikrincə, yanacaqdoldurma məntəqələri əvvəlcədən yüksək qiymət qoyaraq sonradan onu gün ərzində dəyişə bilməyəcəklər.

Yaxın Şərqdəki münaqişə fonunda enerji daşıyıcılarının qiymətləri artdığından Almaniya və Polşa sakinlərinin Rusiyanın Kalininqrad vilayətində daha ucuz benzin almağa başladığı, Macarıstanın isə enerji resurslarının ixracına qadağa qoyduğu bildirilir.

Qiymət Mahir

tag: Almaniya,Avtomobil,Hökumət ,Yanacaq,TodayPress TV,