Aİ Ukraynanın maliyyə çöküşünün qarşısını almaq üçün plan hazırlayır

Dünya

26.11.2025 10:11

Avropa İttifaqı (Aİ) ölkələri 2026-cı ilin əvvəlində Ukraynanın maliyyə çöküşünün qarşısını almaq üçün təcili olaraq yeni plan hazırlayır. 

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, oktyabr sammitində Aİ liderləri, Ukraynaya 140 milyard avroluq təzminat krediti vermək üçün Moskvanın dondurulmuş aktivlərindən istifadə təklifi ilə razılaşacaqlarına ümid edirdilər. Lakin bu ideya fondların yerləşdiyi Belçikanın Baş naziri Bart de Veverin şiddətli müqaviməti ilə qarşılaşıb.

Bunu nəzərə alaraq, Brüsseldəki ekspertlər dekabrın 18-də Aİ liderlərinin sammitində təzminat krediti təklifinin hazır olmadığı halda Ukraynaya kömək etmək üçün təcili olaraq yeni təşəbbüslər hazırlayır. 

Dörd Aİ rəsmisi bildiriblər ki, bu vəsait Ukraynanın “2026-cı ilin ilk aylarında ayaqda qalmasına” kömək edəcək.

Nəşr qeyd edib ki, belə bir planın hazırlanması yaxın günlərdə başa çatdırıla bilər.

Aysel Mətləb

TodayPress TV

tag: Aİ,Ukrayna,Maliyyə,Çöküş,Todaypress.tv,