Aİ Trampın çağırışına cavab verdi
"Avropa Birliyi Rusiyanın enerji resurslarından tədricən imtina edir".
TodayPress TV xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Paula Pinyo bildirib.
Onun sözlərinə görə, müharibənin başlanğıcından bəri Aİ bu istiqamətdə addımlar atır və hətta qazın qalan hissəsinin də idxalını dayandırmaq üçün qanunvericilik təklifi hazırlanıb.
O, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı daha sərt sanksiyalar çağırışına münasibət bildirərək deyib ki, bunun üçün bütün NATO ölkələri birlikdə qərar verməlidir.
Türkan İsgəndərli