Aİ tarif danışıqlarını sürətləndirməyə ümid edir

Aİ tarif danışıqlarını sürətləndirməyə ümid edir
27.05.2025 11:56 Dünya

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampla Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin telefon danışığından sonra ticarət tarifləri ilə bağlı danışıqların sürətlənəcəyinə ümid edir.

TodayPress TV xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.

“Bir neçə Avropa paytaxtı danışıqlar tonunun dəyişməsini ümidlə qarşılayır və yaxın vaxtlarda razılaşmanın əldə olunacağına inanır. Lakin bəzi mənbələr xəbərdarlıq edir ki, ABŞ Aİ-dən faktiki kapitulyasiya tələb edir”, – deyə nəşr yazır.

Qeyd edək ki, Ursula Fon der Lyayen gecə saatlarında Trampla “yaxşı” telefon danışığı apardığını açıqlayıb. Onun sözlərinə görə, Aİ və ABŞ arasında dünyanın ən vacib və ən sıx ticarət münasibətləri mövcuddur.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər