Aİ Rusiyanın dondurulmuş aktivlərini Ukrayna üçün istifadə etməyi müzakirə edir
Dünya
24.11.2025 18:15
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukrayna üçün istifadə imkanlarını araşdırır.
TodayPress TV "Gazeta.ru"ya istiandən xəbər verir ki, Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərinin Ukraynaya kredit təminatı kimi istifadəsi mövzusunda işlərin davam etdiyini açıqlayıb.
Bu barədə qurumun sözçüsü Paula Pinyo Brüsseldə keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, “reparasiya krediti” ilə bağlı proses plan üzrə davam edir və mövzu hazırkı siyasi müzakirələr fonunda daha da aktuallaşıb.
Slovakiyanın baş naziri Robert Fiko isə bildirib ki, Rusiyanın suveren aktivlərindən istifadə edərək Ukraynaya kredit vermək münaqişəni daha iki il uzada bilər. O, Slovakiyanın Kiyevin hərbi xərclərini maliyyələşdirməyə yönəlik bu mexanizmlərdə iştirak etməyəcəyini vurğulayıb.
Bundan əvvəl Aİ-nin Rusiya aktivlərini dondurması halında belə, Ukraynanın aprel ayına qədər vəsaitsiz qala biləcəyi barədə xəbərdarlıq edilmişdi.
Jalə Rövşən
tag: Ukrayna,Rusiya,Dondurulmuş aktivlər,Aİ,Todaypress.tv,
