Aİ Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar vaxtını açıqladı

Aİ Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar vaxtını açıqladı
29.09.2025 10:30 Dünya

Avropa İttifaqı ölkələri Rusiyanın dondurulmuş suveren aktivlərinin taleyinə dair qərarı oktyabrın sonunda qəbul etməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Məsələ ilk olaraq Aİ liderlərinin Kopenhagendə keçiriləcək sammitində müzakirə olunacaq.

Sammitin əsas məqsədlərindən biri Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxan Macarıstanın Baş naziri Viktor Orbanı təcrid etmək üçün digər üzv dövlətlərin dəstəyini toplamaqdır.

Bununla yanaşı, nəşr qeyd edir ki, Aİ hələ də bu məsələdə liderlik rolu qazana bilməyib və Rusiyanın fəaliyyətlərini məhdudlaşdırmaq imkanları getdikcə zəifləyir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər