Aİ Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Aİ Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
12.08.2025 14:39 Dünya

Avropa İttifaqı (Aİ) liderləri ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Ukrayna münaqişəsinə dair gözlənilən danışıqlar fonunda Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan ediblər. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının (AK) rəsmi press-relizində yer alıb. 

Sənəddə Aİ-nin ABŞ və digər tərəfdaşlarla birlikdə Ukraynaya siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyini davam etdirəcəyi vurğulanır.

“Aİ həmçinin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri dəstəkləməyə və tətbiq etməyə davam edəcək”, – deyə bəyanatda bildirilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər