Aİ “Patriot” raketlərindən istifadə etməyi planlaşdırır
Avropa İttifaqı və NATO “Dron Divarı” layihəsinin həyata keçirilməsi çərçivəsində pulemyotlar və “Patriot” zenit-raket komplekslərindən istifadə imkanlarını nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, layihə bir neçə səviyyəli radar sistemləri və digər aşkarlama sistemlərinin, o cümlədən müxtəlif hava hücumundan müdafiə vasitələrində yerləşdiriləcək akustik sensorların quraşdırılmasını nəzərdə tutur. Pulemyotlar və yüksək güclü lazerlərlə yanaşı, bu layihənin icrası zamanı “Patriot” zenit-raket komplekslərindən də istifadə olunacağı gözlənilir.
Aysel Mətləb