Aİ-nin əhalisi artır
Avropa İttifaqının (Aİ) 2025-ci il yanvarın 1-nə olan əhali göstəriciləri açıqlanıb.
TodayPress TV xəbər verir ki, “Eurostat”ın məlumatına görə, 2024-cü ilin əvvəlində 449,3 milyon olan Aİ-nin ümumi əhalisi bir il ərzində 450,4 milyona yüksəlib.
Aİ-nin ən çox əhaliyə malik ölkəsi 83,6 milyon nəfərlə Almaniya olub. Siyahıda onu Fransa (68,6 milyon), İtaliya (58,9 milyon), İspaniya (49,1 milyon), Polşa (36,5 milyon), Rumıniya (19 milyon), Niderland (18 milyon) və Belçika (11,9 milyon) izləyir.
Əhalisi ən az olan Aİ üzvləri isə Malta (574 min) və Lüksemburq (681 min) olub.
Qiymət Mahir