Aİ-dən Ukraynaya rekord maliyyə yardımı – Kiyevə 9.2 milyard dollar köçürüldü

Aİ-dən Ukraynaya rekord maliyyə yardımı – Kiyevə 9.2 milyard dollar köçürüldü
21.11.2026 10:49 Dünya

Ukrayna Avropa İttifaqından təxminənn 9,2 milyard ABŞ dolları maliyyə yardımı alıb.

TodayPress TV xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, bu, Avropa Komissiyasının indiyədək Ukraynaya etdiyi ən böyük maliyyə ödənişidir.

Fon der Lyayenin sözlərinə görə, Ukrayna Rusiyanın hücumlarına qarşı müdafiəsini davam etdirməklə yanaşı, islahatlar sahəsində də irəliləyiş əldə edir.

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, islahatların həyata keçirilməsi ölkəyə konkret nəticələr qazandırır.

O, həmçinin Avropa İttifaqının Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləməyə davam edəcəyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər