ABŞ-yə məxsus "MQ-9 Reaper" qəzaya uğradı

ABŞ-yə məxsus "MQ-9 Reaper" qəzaya uğradı
25.11.2025 05:33 Dünya

Amerikaya məxsus "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatı Koreya Respublikasının qərb sahillərində, Kunsan hava bazası yaxınlığında dənizə düşüb.

TodayPress TV xəbər verir ki, hadisə barədə məlumatı "Yonhap" agentliyi yayıb.

Bildirilib ki, insident yerli vaxtla saat 04:35 radələrində Maldori adası yaxınlığında planlaşdırılmış missiya zamanı baş verib.

ABŞ ordusu yerli sakinlər arasında itki və ziyanın olmadığını açıqlayıb. Hadisə ilə bağlı araşdırma aparılır, pilotsuz aparatın axtarış-xilasetmə əməliyyatı isə davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər