ABŞ yadplanetlilərin mövcudluğunu araşdıracaq

ABŞ yadplanetlilərin mövcudluğunu araşdıracaq
24.02.2026 19:00 Dünya

Pentaqon naməlum uçan obyektlər (UNO) haqqında məlumatları araşdıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin hərbi naziri Pit Heqset məlumat verib.

O qeyd edib ki, məlumatları nəzərdən keçirəcək və öyrənəcək.

Heqset əlavə edib ki, yadplanetli həyat formaları ilə bağlı sənədlərin açıqlanması onun Pentaqon rəhbəri kimi vəzifəsinin gözlənilməz hissəsi olub. İşçilərin artıq bu mövzuda işlədiyini və prosesin nə qədər davam edəcəyini hələqiçin dəqiqləşdirə bilmədiyini deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp əvvəlki prezident Barak Obamanın yadplanetlilərin mövcudluğunu etiraf etməsindən sonra Pentaqondan yerüstü həyat və UNO-larla bağlı məlumat açıqlamağı vəd etmişdi. O, məsələnin mürəkkəb, lakin vacib və maraqlı olduğunu vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər