ABŞ Venesuelaya 150 milyon dollar ayıracaq
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 150 milyon dollar ayıracaq.
TodayPress TV-nin məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
"Axtarış və xilasetmə əməliyyatları, hava nəqliyyatı və koordinasiya dəstəyi üçün təcili yardımla yanaşı, ABŞ yardım tərəfdaşları vasitəsilə Venesuelaya 150 milyon dollar ayırır", - bəyanatda deyilir.
Qeyd edək ki, Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı artaraq 188 nəfərə çatıb, daha 1 520 nəfər yaralanıb.