ABŞ və Rusiya nümayəndələri iki ölkə arasında dialoqu müzakirə etdilər
Dünya
27.03.2026 01:30
ABŞ Nümayəndələr Palatası üzvü Anna Paulina Luna Dövlət Dumasının nümayəndə heyəti ilə görüşdən sonra iki nüvə gücü olan ABŞ və Rusiya arasında dialoqun zəruriliyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Təxminən dörddə bir əsrdən sonra ilk dəfə olaraq, ABŞ Konqresinin beş üzvü Rusiya Dövlət Dumasının beş üzvü ilə sülh və ikitərəfli münasibətləri müzakirə etmək üçün görüşdülər. Dünyanın ən böyük iki nüvə dövlətinin nümayəndələri olaraq, vətəndaşlarımızın açıq dialoq, fikir mübadiləsi və açıq ünsiyyət qurmasını təmin etmək məsuliyyətimiz var. Biz bu dialoqu daha da inkişaf etdirmək və mövcud administrasiyasının sülh səylərini, eləcə də iqtisadi imkanların genişləndirilməsini dəstəkləmək üçün sülhü təşviq etmək niyyətindəyik”, - deyə Luna vurğulayıb.
Aysel Mətləb
tag: Rusiya,ABŞ,Dialoq,Nüvə,TodayPress TV,
