ABŞ və Kuba gəmiləri arasında atışma: Yaralananlar var

Dünya

26.02.2026 00:11

Amerika bayrağı altında üzən qayıq Kuba sularına daxil olaraq sərhədçilərə atəş açıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi Kuba Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.  

Bildirilib ki, sərhədi pozan gəmidən sərhədçilərə atəş açılıb və Kuba gəmisinin komandiri yaralanıb.  

Məlumata görə, qarşıdurma nəticəsində dörd nəfər zərərsizləşdirilib, altı nəfər isə yaralanıb. 

Kuba­nın ABŞ-dəki səfirliyi də “X” sosial şəbəkəsində açıqlama yayaraq qeyd edib ki, ABŞ-də qeydiyyatdan keçmiş gəminin sərnişinlərindən dördü sahil mühafizəsi tərəfindən vurulub. Səfirliyin bildirdiyinə əsasən, kater adanın sahilinə bir dəniz mili məsafəyədək irəliləyib, daha sonra yoxlama aparmaq üçün Kuba sərhəd xidməti gəmiyə yaxınlaşıb. 

Açıqlamaya görə, gəminin göyərtəsində beş hərbçi olub. Ekipajın atəş açmasından sonra sərhədçilər cavab atəşi açıb. 

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Kuba,Atışma,Gəmi,Todaypress.tv,