ABŞ: Ukrayna və Rusiya tezliklə razılığa gəlməlidir

Dünya

24.11.2025 11:59

ABŞ Rusiya ilə sülh razılaşması məsələsində Ukraynaya yeni siqnal göndərib.

TodayPress TV “The Washington Post” a istinadən xəbər verir ki, Vaşinqton Kiyevə mümkün qədər tez razılaşmanın əldə olunmasını istədiyini bildirib.

Mənbələrə görə, Ağ Ev 28 bəndlik sülh planını “dəyişməz sənəd” kimi görmür və Ukraynaya danışıqlar üçün müəyyən imkanların olduğunu çatdırıb.

Eyni zamanda ABŞ tərəfi vurğulayıb ki, ABŞ yardımının dayandırılması riski realdır və prosesin sürətləndirilməsi arzu olunur.

Bir gün əvvəl Cenevrədə ABŞ, Ukrayna və Avropa nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə ABŞ dövlət katibi Marko Rubio danışıqları “bu prosesin ən məhsuldar mərhələlərindən biri” kimi qiymətləndirib. O bildirib ki, prezident Donald Trampın təqdim etdiyi 28 bəndlik sülh planı üzərində iş davam edir və tərəflər həm Ukrayna, həm də Rusiya üçün qəbul edilə biləcək şərtlər hazırlamağa çalışırlar.

Ukrayna isə daha əvvəl planın öz maraqlarına uyğun formada dəyişdiriləcəyini açıqlamışdı.

Jalə Rövşən

TodayPress TV

tag: Vaşinqton,Kiyev ,Sülh sazişi,Cenevre,Todaypress.tv,