ABŞ UFO-larla bağlı 1,5 min dosyeni açdı – Arxivdə nələr var?

ABŞ UFO-larla bağlı 1,5 min dosyeni açdı – Arxivdə nələr var?
21.11.2026 05:20 Dünya

ABŞ Müdafiə Nazirliyi 1947–1952-ci illərdə naməlum uçan obyektlərlə (UFO) bağlı qeydə alınan təxminən 1,5 min rəsmi müraciəti əks etdirən arxiv sənədlərini məxfilikdən çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə xüsusi dövlət portalında yayımlanan materiallarda bildirilib.

Məxfilikdən çıxarılan 1952-ci ilin oktyabr tarixli CIA hesabatında 1947-ci ildən etibarən UFO-larla bağlı təxminən 1,5 min rəsmi məlumatın qeydə alındığı, bununla yanaşı, çoxsaylı məktublar, telefon zəngləri və media müraciətlərinin daxil olduğu qeyd edilib.

Sənəddə bildirilir ki, təkcə 1952-ci ilin iyul ayında ABŞ-də UFO-larla bağlı 250 rəsmi məlumat qeydə alınıb.

Materiallara əsasən, ABŞ Hərbi Hava Qüvvələri daxil olan müraciətlərin ümumi sayının 20%-ni izaholunmaz hesab edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər