ABŞ Suriyada Ət-Tanf bazasından qoşunlarını çıxardı

Dünya

12.02.2026 20:50

ABŞ ordusu Suriyanın Ət-Tanf qarnizonundan qoşunlarını 11 fevralda tam və planlı şəkildə çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. 

Bildirilib ki, çıxarılma İŞİD-ə qarşı “Sarsılmaz Qətiyyət” əməliyyatı çərçivəsində mərhələli keçid planının bir hissəsidir.

Qeyd edək ki, 2014-cü ildə yaradılan bu əməliyyat İŞİD-lə mübarizədə yerli tərəfdaş qüvvələrə dəstək göstərmək üçün fəaliyyət göstərib.

ABŞ bildirir ki, qoşunlar çıxarılsa da, İŞİD təhlükəsi yaranarsa, müdaxilə etməyə hazırdır. Komandanlıq terror qruplaşmasının yenidən güclənməsinin qarşısını almağın vacib olduğunu vurğulayıb.

Məlumata görə, son iki ayda ABŞ qüvvələri 100-dən çox hədəfi vurub, 50-dən artıq İŞİD üzvünü zərərsizləşdirib və ya saxlayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Suriya,ABŞ,Ət-Tanf,Qoşun,Todaypress.tv,