ABŞ "Patriot" raketlərini artırır
ABŞ Müdafiə Nazirliyi 2026-cı il üçün büdcə planında "Patriot PAC-3 MSE" raketlərinin alışını dörd dəfə artırmağı nəzərdə tutur.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, raketlərin sayı əvvəlki 3,376 ədəddən 13,773 ədədə qaldırılıb. Qərar 2025-ci il aprelin 16-da Ordu Tələblərinə Nəzarət Şurası tərəfindən təsdiqlənib.
Mütəxəssislər bunu Qızıl Qübbə hava hücumundan müdafiə proqramının inkişafı və ABŞ-nin raket ehtiyatlarını sürətlə doldurma ehtiyacı ilə izah edirlər. Bundan əlavə, bəzi bu tip silahların Ukraynaya tədarükünün azaldıldığı bildirilir.
Türkan İsgəndərli