ABŞ-nin yekun sülh planı Ukraynanın məqsədlərinə çatmasını təmin edəcək
Dünya
25.11.2025 10:18
ABŞ-nin Ukraynada nizamlanma üzrə sülh planının yekun variantı Kiyevin münaqişədə öz məqsədlərinə çatmasını təmin edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“Rəsmilər söz verirlər ki, yekun sülh planı Ukraynanın əsas məqsədlərinə nail olunmasını təmin edəcək”, - deyə nəşr yazıb.
Qeyd olunur ki, Amerika və Ukrayna arasında Cenevrədə keçirilən görüşün gündəliyinə Ukrayna silahlı qüvvələrinin sayının artırılması və onun NATO-ya daxil olmasını qadağan edən ifadələrın çıxarılması da daxildir.
ABŞ dövlət katibi Marko Rubio 23 noyabrda Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa İttifaqı və NATO-nun prosesdə iştirakı hələ də müzakirə mövzusudur. Onun sözlərinə görə, təklif olunan sülh planı daim yenilənən “canlı sənəd”dir və tərəflər arasında hələ bir sıra fikir ayrılığı mövcuddur. Bu ziddiyyətlər əsasən dondurulmuş Rusiya aktivlərinin taleyi və gələcək danışıqlarda Aİ və NATO-nun rolundan qaynaqlanır. Rubio əlavə edib ki, bu məsələlər Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə birlikdə müzakirə olunacaq.
Aysel Mətləb
tag: ABŞ,Ukrayna,Sülh,Plan,Todaypress.tv,
