ABŞ-nin İsrailə sözü düz gəlmədi - Dəstəyi zəifləyə bilər

ABŞ-nin İsrailə sözü düz gəlmədi - Dəstəyi zəifləyə bilər
27.06.2026 16:04 Dünya

ABŞ-nin İsrailə göstərdiyi güclü dəstəyin yaxın illərdə zəifləyə biləcəyi ilə bağlı iddialar səsləndirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə son dövrlərdə yaşadığı fikir ayrılıqları və İranla sülh razılaşmasına üstünlük verməsi İsraildə Vaşinqtonun gələcək siyasəti ilə bağlı narahatlıqları artırıb.

Qəzet qeyd edir ki, Demokratlar Partiyası daxilində də İsrailə münasibətdə fərqli yanaşmalar güclənir. Analitiklərin fikrincə, bu tendensiya gələcəkdə ABŞ-nin İsrail siyasətinə təsir göstərə bilər.

Məqalədə həmçinin vurğulanır ki, bəzi ekspertlər İsrailin uzunmüddətli perspektivdə ABŞ-nin hərbi və siyasi dəstəyinə əvvəlki səviyyədə arxalana bilməyəcəyini düşünürlər. Bununla yanaşı, nəşr ABŞ-nin İsrailə dəstəyinin yaxın zamanda tamamilə dəyişəcəyini söyləmək üçün hələ tez olduğunu da qeyd edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər