ABŞ-nin İrana hücumları nüvə proqramına ciddi ziyan vurdu
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Ratkliff, ABŞ-nin İrana endirdiyi zərbələrin ölkənin nüvə proqramına əhəmiyyətli ziyan vurduğunu Konqres üzvlərinə izah etməyə çalışıb.
TodayPress TV xəbər verir ki, bu barədə "AP" agentliyi administrasiyadakı adının açıqlanmasını istəməyən mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, Ratkliff ABŞ-nin İranın yeganə metal emalı müəssisəsini məhv etdiyini və bunun nəticəsində İranın nüvə proqramına ciddi zərbə endirildiyini bəyan edib.
CIA rəhbəri qeyd edib ki, İran bu obyektin itirilməsindən doğan fəsadları aradan qaldırmaq üçün illərlə vaxt itirəcək.
Töhfə Səməd